Elder Poştiqa: Azərbaycanla oyunumuzun əhəmiyyətini dərk edirik
07.02.2013 - 14:11
“Biz Ekvador yığmasına evdə 2:3 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə ümumilikdə pis futbol oynamadıq. Ancaq rəqib qapısı qarşısında dəqiq zərbələr vura bilmədik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığmasının futbolçusu Elder Poştiqa deyib. İspaniyanın “Saraqosa” klubunun hücumçusu cari seçmə mərhələdə növbəti oyunlarına böyük önəm verir.
Poştiqa martın 26-da yığmamızla Bakıdakı oyunu özləri üçün əhəmiyyətli sayaraq, buraxdıqları səhvləri aradan qaldırmalı olduqlarını düşünür: “Biz hücumla yanaşı, müdafiədə də səhvlər etdik. Buna görə də onların aradan qaldırılmağı üzərində işləməliyik. Biz qarşıdakı 2 rəsmi oyunumuzun əhəmiyyətini dərk edirik. Dünya çempionatına vəsiqə qazanmaq üçün hər şey etmək niyyətindəyik”.
Qeyd edək ki, Portuqaliya millimizdən 4 gün öncə İsrail yığması ilə üzləşəcək.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0