Mövsümün sonunda Ceymi Karrager karyerasını bitirir
08.02.2013 - 05:09
“Liverpul”un simvol oyunçularından olan Ceymi Karrager mövsümün sonunda futbol karyerasını başa vuracağını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 9 yaşından bu yana Liverpul təmsilçisinin formasını geyinən və İan Kallaqandan sonra “qırmızılar”ın heyətində ən çox meydana çıxan müdafiəçi butslarını mıxdan asmaq qərarına gəlib.
Qeyd edək ki, 35 yaşlı Karrager “Liverpul”da 1997-ci ildə ilk dəfə Premyer Liqa matçına çıxıb. O, bu vaxta qədər ingilis klubunun heyətində 723 oyunda forma geyinib. Bu mövsüm isə Ceymi, baş məşqçi Brendan Rodqersin rəhbərliyi altında yalnız 12 matçda iştirak edə bilib.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0