Moutinyonun taleyinə bu gün aydınlıq gələcək
18.03.2013 - 09:34
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının futbolçusu Joao Moutinyonun qarşıdakı 2 matçda oynayıb-oynamamasına bu gün aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, “Porto” klubunun üzvü milli oyunçuları bir araya gəldikdən sonra təkrar müayinə olunaraq yekun qərar veriləcək.
Bu gün axşam Bakı vaxtı ilə saat 19:00-da Obiduşdakı “Praia Del Rey” otelinə toplaşacaq Portuqaliya yığmasının futbolçuları elə bu gün ilk məşqə çıxacaq. Joaonun martın 22-də İsraildə, 4 gün sonra Azərbaycanda baş tutacaq seçmə oyunlarında iştirakı ilə bağlı məsələ də bu hazırlığa qatılıb-qatılmamasından asılı olacaq.
Qeyd edək ki, səfərə çıxmazdan 4 məşq edəcək pireneylilərin yalnız bugünkü məşqi KİV nümayəndələri üçün açıq olacaq.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0