Lüksemburq millimiz önünə qalib durumda çıxacaq
19.03.2013 - 09:37
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti rəqibi olan Lüksemburq yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, lüksemburqlular Almaniyanın “Saarbrükken” klubuna 2:3 hesabı ilə uduzub.
III Bundesliqa təmsilçisi ilk hissənin ortasında 2 dəqiqəyə - 24 və 26-cı dəqiqələrdə 2 qol vura bilib. Rəqibimiz ilk hissəyə 5 dəqiqə qalmış David Turpelin qolu sayəsində hesab arasında fərqi azaldıb. Antonio Luizi isə 76-cı dəqiqədə tarazlığı bərpa edib. Knyazlıq təmsilçisi final fitinə saniyələr qalarkən qələbə topunu vurmağa müvəffəq olub. Bu dəfə “F91 Düdelanj”ın müdafiəçisi Kevin Malje səhnəyə çıxıb.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0