“Avropa çempionluğunu istəyirdim, bürünc qismət oldu”
20.03.2013 - 19:31
“Mən Gürcüstana Avropa çempionu olmaq üçün gəlmişdim. Lakin qismət bürünc medal oldu”. Bunu apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan güləşçisi Yaşar Əliyev deyib.
Sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Gürcüstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Əliyev bildirib ki, fəxri kürsünün üçüncü pilləsində yer almaq planına daxil deyilmiş: “Mən yalnız qızıl medal istəyirdim. Buna psixoloji və fiziki cəhətdən də hazır idim. Amma alınmadı. İlk görüşdə uduzduğum gürcüstanlı güləşçi ilə müqayisədə rusiyalı rəqibim güclü idi. Lakin bürünc medal uğrunda döyüşdə ondan güclü oldum”.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycan güləşçilərindən Patimat Baqomedova (48 kq) da bürünc medal qazanmışdı.

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0