Rəcəbov yenə heç-heçə etdi – YENİLƏNİB
20.03.2013 - 23:48
Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə rusiyalı şahmatçı Aleksandr Qrişukla üz-üzə gəlib.
Qarşılaşma heç-heçə ilə başa çatıb.
Digər görüşlərdə isə Vladimir Kramnik Levon Aronyanla, Vasili İvançuk Maqnus Karlsenlə, Pyotr Svidler Boris Gelfandla münasibətlərinə aydınlıq gətirinb. Bu qarşılaşmalarda da qalib müəyyənləşməyib və tərəflər sülh bağlayıb.
Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.
20 mart
V tur
Vladimir Kramnik (Rusiya, 2810) - Levon Aronyan (Ermənistan, 2809) - 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2757) - Maqnus Karlsen (Norveç, 2872) - 0,5:0,5
Pyotr Svidler (Rusiya, 2747) - Boris Gelfand (İsrail, 2740) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2764) - Teymur Rəcəbov (Azərbaycan, 2793) - 0,5:0,5
Xal durumu: Aronyan, Karlsen – 3.5, Svidler – 3, Rəcəbov, Kramnik – 2.5, Qrişuk - 2, Gelfand, İvançuk – 1.5

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0