Rəcəbov Gelfanda məğlub oldu - YENİLƏNİB
24.03.2013 - 22:07
Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində ikinci dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, şahmatçılar VIII turun 4 oyununda qüvvəsini sınayıb.
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə Boris Gelfandla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan həmyerlimiz autsayderlərdən birini udmaqla vəziyyətini yaxşılaşdıra bilərdi.
Lakin təmsilçimiz israilli şahmatçıya məğlub olub.
Yarışın liderləri Maqnus Karlsen və Levon Aronyanın münasibətlərinə aydınlıq gətirib. Görüş heç-heçə ilə başa çatıb. Digər görüşlərdə isə Aleksandr Qrişuk Vasili İvançuku, Vladimir Kramnik Pyotr Svidleri üstələyib.
Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.
24 mart
VIII tur
Maqnus Karlsen (Norveç, 2872) - Levon Aronyan (Ermənistan, 2809) - 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan, 2793) - Boris Gelfand (İsrail, 2740) - 0:1
Aleksandr Qrişuk (Rusiya, 2764) - Vasili İvançuk (Ukrayna, 2757) - 1:0
Vladimir Kramnik (Rusiya, 2810) - Pyotr Svidler (Rusiya, 2747) - 1:0
Xal durumu: Karlsen, Aronyan – 5,5, Kramnik – 4,5, Qrişuk – 4, Svidler, Gelfand - 3,5, Rəcəbov – 3, İvançuk – 2,5

- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
0
0