Balotelli: İrqçiliklə mübarizədə irəliləmə yoxdur
25.03.2013 - 06:50
İtaliya milli komandasının və “Milan”ın hücumçusu Mario Balotelli dünya futbolunda irqçiliklə kifayət qədər mübarizə aparılmadığını düşünür. Apasport.az saytının məlumatına görə, Qanada dünyaya gələn və İtaliyada yaşayan forvard futbol meydanlarında irqçiliyə ən çox məruz qalan futbolçulardan biridir.
22 yaşlı oyunçu irqçiliklə bağlı bunları ifadə edib: “Bu, məni əsəbiləşdirir və heç də xoşuma gəlmir. Amma çox təəssüf ki, bu mövzuda az da olsa irəliləmə yoxdur”.
Qeyd edək ki, Balotellinin əleyhinə irqçilik ifadələri işlədiyi üçün bu ay “Cenoa” 30 min, ötən yay isə Xorvatiya Futbol Federasiyası 80 min avro cərimələnmişdi.
Mövsümün ikinci yarısına hazırlaşan “Milan”ın digər futbolçusu Kevin-Prins Boatenq də bir hazırlıq matçında irqçi zorakılığına məruz qalmış və komanda yoldaşları ilə birlikdə meydanı tərk etmişdi.

- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
0
0