160 gündən sonra məğlubiyyət
27.03.2013 - 09:50
Azərbaycan milli komandasının uğurlu seriyaları qırılıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsinin Portuqaliya ilə qarşılaşmasında Berti Foqtsun yetirmələrinin məğlubiyyətsizlik və quru seriyaları sona çatıb.
Sonuncu dəfə ötən il oktyabrın 16-da Moskvada Rusiyaya 0:1 hesabı ilə uduzan yığmamız ondan sonra məğlub olmurdu. Şimali İrlandiya (1:1) və Lüksemburqla (0:0) seçmə oyunlarında, Özbəkistan (0:0) və Lixtenşteynlə (1:0) yoxlama matçlarında millimiz uduzmamışdı. 4 oyunluq məğlubiyyətsizlik Bakıda qırıldı. Bununla da komandamız 160 gündən sonra yenilgi ilə üzləşdi.
Bu il keçirdiyi ilk 3 matçda qol buraxmayan yığmamız Özbəkistan, Lixtenşteyn və Lüksemburqla görüşlərdəki uğuru davam etdirə bilmədi. Sonuncu dəfə ötən il noyabrın 14-də Belfastda Şimali İrlandiyadan qol buraxan komandamız 132 gündən sonra topu qapısından çıxardı.

- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0