Rəcəbov yenə heç-heçə etdi - YENİLƏNİB
30.03.2013 - 01:05
Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Dünya kubokunun finalçısı Aleksandr Qrişukla münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmada həmyerlimiz rusiyalı şahmatçı ilə heç-heçə edib.
Digər görüşlərdə isə Maqnus Karlsen Vasili İvançuka, Levon Aronyan Vladimir Kramnikə uduzub. Boris Gelfandla Pyotr Svidler isə sülh bağlayıb.
Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.
29 mart
XII tur
Teymur Rəcəbov (Azərbaycan, 2793) - Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5
Maqnus Karlsen (Norveç, 2872) - Vasili İvançuk (Ukrayna, 2757) - 0:1
Boris Gelfand (İsrail, 2740) - Petr Svidler (Rusiya, 2747) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2809) - Vladimir Kramnik (Rusiya, 2810) - 0:1
Xal durumu: Kramnik – 8, Karlsen – 7,5, Aronyan – 6,5, Svidler – 6, Gelfand, Qrişuk 5,5, İvançuk, 5, Rəcəbov,– 4.

- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0