Şahmat tacı bizlik deyil
29.03.2013 - 09:17
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun dünya çempionu Vişvanatan Ananda rəqib ola bilməyəcək. Apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın paytaxtı Londonda keçirilən iddiaçıların turnirinin XI turundan sonra həmyerlimiz yarışın qalibi olmaq şansları ilə vidalaşıb.
Belə ki, Vladimir Kramnikə uduzan Rəcəbov 11 turdan sonra 3,5 xalla sonuncu pillədədir. Dünya şahmat tacı uğrunda mübarizə aparmaq üçün verilən yeganə vəsiqə isə onun üçün əlçatmazdır.
Yarışın lideri Maqnus Karlsen 7,5 xal topladığından ondan 4 xal geridə olan Teymurun I pilləyə yüksəlməyə nəzəri şansları da qalmayıb. Hətta 2-ci yer də təmsilçimizin olmayacaq. Çünki Vladimir Kramnik də Rəcəbovu 3,5 xal qabaqlayır.

- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
0
0