Tokio-2020 Yay Olimpiya Oyunlarının qadınlar arasında kamandan oxatma yarışını Cənubi Koreya yığması qalib tamamlayıb.
Apasport.az saytının məlumatına görə, asiyalılar finalda Olimpiya bayrağı altında çıxış edən Qaçqınlar komandasına 6:0 hesabı ilə qalib gəlib.
Bununla kamandan oxatmada ardıcıl 9-cu qızıl medalına yiyələnən cənubi koreyalı qadınlar 33 ildir olimpiadalarda çempionluğu heç kimə vermirlər. Onlar 1988-ci ildə Seulda baş tutan Olimpiadadan etibarən ardıcıl 7 yarışı da qalib bitirib. 33 illik ənənəni davam etdirən Asiya komandasının idmançıları fərdi yarışlarda da ilk üç yeri öz aralarında bölüşüblər.
Qeyd edək ki, Tokio-2020-də kamandan oxatma növündə kişilərin mübarizəsində və qarışıq yarışlarda da Cənubi Koreya təmsilçiləri qızıl medal əldə edib.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar