İtaliya millisinin futbolçuları AVRO-2020 öncəsi koronavirusa qarşı peyvənd olunacaq.
Apasport.az saytının məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.
“Skuadra Adzurra”nın baş məşqçisi Roberto Mançini tezliklə turnir üçün nəzərdə tutulan 35 oyunçudan ibarət genişləndirilmiş heyəti açıqlayacaq. Onların hamısının peyvənd olunması qərara alınıb. İtalyanlardan əvvəl Rusiya millisinin futbolçuları barədə eyni addımın atılması qərara alınıb.
Qeyd edək ki, İtaliya yığması 11 iyun – 11 iyul tarixlərində keçiriləcək AVRO-2020-də Türkiyə, İsveçrə və Uelslə eyni qrupda mübarizə aparacaq.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib