35 yaşında karyerasını bərpa edir – “Bu, şıltaqlıq deyil”
24.02.2021 - 17:00
Rusiyalı tennisçi Yekaterina Biçkova karyerasını bərpa etməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı idmançı yenidən korta qayıtmaq üçün məşqlərə start verib.
Peşəkar turnirlərə qatılmağı planlaşdıran tennisçi addımını mükafatların qalxması ilə izah edib: “Bu, bir anlıq şıltaqlıq deyil, düşünülmüş addımdır. ABŞ açıq çempionatında təkcə iştirak üçün 61 min dolların verildiyini görəndə düşündüm ki, ilyarıma ora düşə bilərəm. Təkcə ora qatılmaq bütün xərclərimi ödəyəcək. 5 ildə pul qazanmağı da unutmuşdum”.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0