Beynəlxalq Qılıncoynatma Federasiyası (FİE) növbəti reytinq siyahısını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən kişi və qadın sablyaçılar arasında Dünya Kubokunda uğursuz çıxış edən Azərbaycan qılıncoynadanlarının da mövqeyi bəlli olub.
Qılıncoynadanlarımız yüksək yerlərdən çox-çox uzaqda qərarlaşıb. Ən yaxşı təmsilçimiz Anna Başta 45 xalla yalnız 36-cıdır.
Ondan 19 xal geridə olan Səbinə Kərimova 61-ci sırada qərarlaşıb. 68-ci olan Valeriya Bolşakova 24 xala malikdir.
Sevil Bünyatova 8,5 xalla dünyanın 142-cisidir. Cədvələ ukraynalı Olqa Xarlan başçılıq edir – 297 xal.
Azərbaycan yığması dünyada 13-cüdür. Komandamızın aktivində 157 xal var. Siyahıya 382 xalla soydaşımız İlqar Məmmədovun baş məşqçisi olduğu Rusiya millisi başçılıq edir.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib