Ukraynanın paytaxtı Kiyevdə idman gimnastikası üzrə beynəlxalq turnir təşkil edilib.
Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizi Marina Nekrasova, Milana Minakovskaya və Nazənin Teymurova təmsil ediblər.
Komandanın lideri Marina sevimli aləti dayaqlı tullanma üzrə hərəkətlərdə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Müxtəlif hündürlüklü qollarda çıxışına görə o, 3-cü olub, çoxnövçülükdə isə medalın bir addımlığında dayanıb.
Yarışda gənclər arasında yarışan Nazənin Teymurova isə 4 medal qazanıb. Sərbəst hərəkətlərdə gümüş əldə edən gimnastımız, çoxnövçülük, dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda çıxışına görə 3-cü yerdə qərarlaşıb.
Böyüklər arasında daha bir təmsilçimiz Milana isə sərbəst hərəkətlərdə 5-ci, müxtəlif hündürlüklü qollarda 6-cı və çoxnövçülükdə 9-cu olub.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək