“Turnirin vaxtı yaxınlaşdıqca virusla bağlı vəziyyətin dəyişəcəyinə nikbinəm”.
Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin 12 şəhərdə keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavabında deyib.
Sloveniyalı futbol funksioneri planlarında hər hansı bir dəyişiklik olmadığını söyləyib: “Ev sahibi şəhərlərə və AVRO-2020-ni qəbul edən ölkələrin rəhbərliklərinə iyun-iyul aylarında nələrin gözləniləcəyinin dəqiq mənzərəsini formalaşdırmaq üçün mümkün qədər çox vaxt vermək vacibdir. Azarkeşlər futbolu xüsusi edir. Azarkeşləri stadionlara mümkün qədər tez qaytarmağın yollarını axtarmalıyıq”.
Qeyd edək ki, proqrama əsasən AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Matçlara azarkeşlərin buraxılıb-buraxılmayacağına mart və ya apreldə qərar veriləcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək