AVRO-2020-nin ən yaşlı futbolçuları bəlli olub.
Apasport.az saytının məlumatına görə, iştirakçı komandaların sifariş vərəqində yer alanlar arasında 5 ən “qoca”sı müəyyənləşib.
Avropanın 11 şəhəri, o cümlədən Bakıda keçiriləcək yarışın “ağsaqqal”ı Marten Stekelenburqdur. Niderlandlı qapıçı kimi daha iki oyunçu 38 yaşı arxada qoyub.
Siyahıda ilk iki yeri qapıçı tutur. Ən yaşlı sahə oyunçusu isə Pepedir.
İlk “beşlik”də iki müdafiəçi yer alıb. Ən yaşlı hücumçu Qoran Pandevdir.
AVRO-2020-nin ən yaşlı 5 oyunçusu
Marten Stekelenburq (Niderland, qapıçı) – 38 yaş 273 gün
Kreyq Qordon (Şotlandiya, qapıçı) – 38 yaş 173 gün
Pepe (Portuqaliya, müdafiəçi) - 38 yaş 116 gün
Qoran Pandev (Şimali Makedoniya, hücumçu) – 37 yaş 330 gün
Yuri Jirkov (Rusiya, müdafiəçi) – 37 yaş 306 gün
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək