Avropa çempionatının kuboku qırılmaq təhlükəsi ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hadisə Rumıniyanın paytaxtı Buxarestdə baş verib.
Kubok “Trofi tur” çərçivəsində Milli arenada nümayiş olunub. Canlı yayım zamanı xanım jurnalist tədbir barədə məlumat verərkən güclü külək qalxıb. Külək səbəbindən banner kubokun üzərinə düşərək onu yerə salıb. Lakin kubok qırılmayıb.
Baş verən hadisədən sonra UEFA Buxarestdəki tədbirləri ləğv edib. Kubok Macarıstanın paytaxtı Budapeştə aparılıb.
Qeyd edək ki, Avropanın 11 şəhərində, o cümlədən Bakıda keçiriləcək AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO