Bu gün Misli Premyer Liqasında VII tura start veriləcək.
Apasport.az xəbər verir ki, günün son qarşılaşması Bakıda baş tutacaq.
“Neftçi” doğma meydanda son çempion “Sabah”la üz-üzə gələcək.
Hazırda 15 xalla turnir cədvəlinə başçılıq edən “ağ-qaralar” azarkeşləri önündə qələbə qazanaraq liderliyini möhkəmləndirməyə çalışacaq.
“Bayquşlar” isə UEFA Çempionlar Liqasındakı ilk matçı öncəsi üç xal əldə etmək niyyətindədir.
“Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.
Misli Premyer Liqası
VII tur
19:30. "Neftçi" - "Sabah"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov