AVRO-2020-nin açılış mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, Avropanın 11 şəhərində təşkil olunan qitə çempionatının açılışı İtaliyanın paytaxtı Romada baş tutub.
Bu mərasim Roma Olimpiya Stadionunda keçiriləcək Türkiyə - İtaliya matçından öncə təşkil olunub. İştirakçı ölkələrin bayraqları stadiona gətirilib. Ardınca bayraqların rənglərini təcəssüm edən şarlar havaya qalxıb.
Çempionat “We Are The People” mahnısının ifası ilə başlayıb.
16 minə yaxın tamaşaçının buraxıldığı stadiondakı tədbirdə Françesko Totti və Alessandro Nesta da iştirak edib.
Qeyd edək ki, iyulun 11-dək davam edəcək çempionatın 4 oyunu Bakıda baş tutacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək