İngiltərə millisi Avropa çempionatlarının rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Qaret Sautqeytin yetirmələri AVRO-2020-nin ilk 4 oyununda qol buraxmayıb.
Bunadək yalnız bir komanda qitə çempionatının ilk 4 matçında qapısını toxunulmaz saxlayıb. Buna 5 il öncə Almaniya imza atıb.
Maraqlıdır ki, İngiltərə 4-cü quru oyununu məhz Bundestimə qarşı keçirib. 1/8 finalda 2:0 hesablı qələbə qazanan böyük britaniyalılar qrupda da qapısını toxunulmaz saxlamışdı.
Ümumiyyətlə, indiyədək 6 dəfə bir komanda üç qrup matçında qol buraxmayıb. Onlardan 4-ü pley-offun ilk matçında qapısında qol görüb. Belə yığmalar sırasında yer alan İtaliya turnirdəki ilk 4 matçı əhatə edən 360 dəqiqəni quru keçirsə də, əlavə vaxtda Avstriyadan qol buraxıb
Qrupda qol buraxmayanların pley-offda ilk sınağı
|
turnir |
komanda |
qrupda |
pley-offda |
|
1980 |
İtaliya |
İspaniya (0:0), İngiltərə (1:0), Belçika (0:0) |
Çexoslovakiya (1:1, pen.8:9) |
|
1996 |
Almaniya |
Çexiya (2:0), Rusiya (3:0), İtaliya (0:0) |
Xorvatiya (2:1) |
|
2016 |
Almaniya |
Ukrayna (2:0), Polşa (0:0), Ş.İrlandiya (1:0) |
Slovakiya (3:0) |
|
2016 |
Polşa |
Ş.İrlandiya (1:0), Almaniya (0:0), Ukrayna (1:0) |
Portuqaliya (1:1, pen.3:5) |
|
2020 |
İtaliya |
Türkiyə (3:0), İsveçrə (3:0), Uels (1:0) |
Avstriya (2:1, əlavə vaxtda) |
|
2020 |
İngiltərə |
Xorvatiya (1:0), Şotlandiya (0:0), Çexiya (1:0) |
Almaniya (2:0) |
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar