Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.
Apasport.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan çempion tituluna yiyələnib. Buna rəqibi – Benjamin Uitakerin (Böyük Britaniya) final qarşılaşmasından imtina etməsi səbəb olub.
Beləliklə, Avropa Olimpiya Təsnifat Turniri yığmamız üçün başa çatıb. Yarışı Alfonso Dominqes qızıl, Lorenzo Sotomayorla (69 kq) Məhəmməd Abdullayev (+91 kq) bürünc medalla bitirib.
Həmçinin onlarla yanaşı, Tayfur Əliyev (57 kq) və Cavid Çələbiyev (63 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək