Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyinə start verilib.
Apasport.az saytının məlumatına görə, 30 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.
Boksçularımızdan Mahir Süleymanov slovakiyalı Dusan Bobeklə üz-üzə gəlib. 52 kq çəkidə mübarizə aparan təmsilçimiz rəqibini 4:1 (30:27, 29:28, 28:29, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, iyulun 5-də baş tutacaq 1/8 finalda türkiyəli Çağrı Fidanla döyüşəcək.
Süleymanovdan fərqli, Liliya Platova (54 kq) Svetlana Linikə (Ukrayna), Ayna Rüstəmova (66 kq) Samata Reyberə (Almaniya) uduzaraq, yarışla vidalaşıb.
Qeyd edək ki, ikinci yarış günündə 2 boksçumuz mübarizəyə qoşulacaq. Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya), Fuad Babayev (60 kq) Asen Asenovu (Bolqarıstan) sınağa çəkəcək.
30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə aparacağı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar