Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Apasport.az saytının məlumatına görə, 30 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Boksçularımızdan Fuad Babayev (60 kq) Asen Asenovu (Bolqarıstan) sınağa çəkib. İdmançımız rəqibini 5:0 (29:26, 29:26, 30:26, 30:26, 29:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda litvalı Paulius Bublis ilə döyüşəcək. Görüş iyulun 6-na təsadüf edəcək.
Babayevdən fərqli, Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya) ilə qarşılaşmada məğlubiyyətə üzülüb.
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar