Avropa birinciliyində mübarizəni dayandırdı - boksçumuz
08.07.2021 - 10:05
Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın beşinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.
1/4 final mərhələsi çərçivəsində baş tutan qarşılaşmada Emili Rzayeva (63 kq) Karolina Kunu (Polşa) sınağa çəkib. Döyüş rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq. Bu gün isə 1/4 final mərhələsinin qarşılaşmaları təşkil olunacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0