Azərbaycan atleti Nazim Babayev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı Avropa çempionu Qış Dünya Turunun Lyevin mərhələsində bu hüquqa yiyələnib.
Üçtəkanla tullanma növündə 17,15 m nəticə göstərən atlet gümüş medal qazanmaqla, Olimpiya normativini də yerinə yetirib.
Bununla da Tokio-2020-yə lisenziya qazanan Azərbaycan idmançılarının sayı 13-ə çatıb. Babayevdən öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadnik (50 kq), Şərif Şərifov (97 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) və karateçi İrina Zaretska (+61 kq) da bu hüquqa yiyələnib. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.
Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb