Belarusun Minsk şəhərində Avropa Triatlon İttifaqının sayca 15-ci konfransına həsr olunmuş Qala gecədə ilin ən yaxşı kişi idmançısı nominasiyasında qalib Azərbaycan idmançısı Rostislav Pevtsov olub.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, 2016-cı ildə Avropa kubokunun qalibi, iki dəfə Dünya Kuboklarında nəticələri ilə fərqlənmiş, eyni zamanda Avropa çempionatının gümüş və bürünc mükafatçısı, Ümumdünya Çimərlik Oyunlarının qalibi Pevtsov bu mübarizədə Sem Dikons və Ben Diykstarı geridə qoymağı bacarıb.
Azərbaycan dövlətinə, Triatlon Federasiyasına dərin təşəkkürünü bildirən Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşdığını və bu qələbənin onun üçün böyük stimul olacağını media nümayəndələrinə bildirib.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək