Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günü triatlonçuların mübarizəsi ilə start götürüb.
Bu növdə Azərbaycanı təmsil edən Rostislav Pevtsov kişilərin fərdi yarışında qüvvəsini sınayıb. 51 idmançı Odaiba Marine Parkda 3 mərhələli mübarizə ilə qalibi müəyyənləşdirib.
1500 metrlik su məsafəsini 18 dəqiqə 27 saniyəyə qət edərək 46-cı tamamlayan Rostislav Pevtsov ardınca 40 km-lik velodistansiyanı 1 saat 17 dəqiqə 29 saniyədə bitirib. 34 yaşlı təmsilçimiz 10 km-lik qaçış zolağına çıxanda 39-cu sırada olub. Yekunda finişə 1 saat 50 dəqiqə 46 saniyəyə çatan Rostislav Pevtsov yarışı tamamlamağı bacaran 49 idmançı arasında 41-ci yeri tutub. İki nəfər isə mübarizəni yarımçıq dayandırıb.
Qızıl medala norveçli Kristian Blummenfet (1:45:04) layiq görülüb. Aleks Yi (Böyük Britaniya - 1:45:15) gümüş, Hyden Vilde (Yeni Zelandiya - 1:45:24) isə bürünc mükafata yiyələnib.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar