Portuqaliyanın Koimbra şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib.
Apasport.az saytının məlumatına görə, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.
Nəticədə Azərbaycanın ədalət təmsilçisi Akif Tahirov beynəlxaq dərəcəli hakim adına layiq görülüb. Referi seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıb.
Namizədlər öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər.
Hakimimiz Koimbrada keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə edib.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək