Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha iki idman növü daxil edilib.
Apasport.az saytının məlumatına görə, “Köhnə qitə” idmançıları boks və atıcılıqda da mükafatlar uğrunda mübarizə aparacaq.
Hər iki idman növü əvvəlki Avropa Oyunlarında da proqramda olub. 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda və 2019-cu ildə Belarusun Minsk şəhərində boksçu və atıcılar qüvvəsini sınayıb.
Bununla da Krakov-2023-ün idman növlərinin sayı 8-ə çatıb.
Qeyd edək ki, bunadək badminton, çimərlik həndbolu, avarçəkmə, karate, müasir beşnövçülük və taekvondo proqrama daxil edilmişdi.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək