Camalovanı diskvalifikasiya etdi - AMADA
29.04.2021 - 14:27
Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) apasport.az saytına verilən məlumata görə, velosiped idmanı ilə məşğul olan Elfanə Camalova diskvalifikasiya olunub.
O, nümunə toplanması prosedurasından yayınma, imtina yaxud nümunəni təqdim etməməkdə günahlandırılıb. Camalovanın cəzası idmana qayıtdığı tarixdən hesablanacaq və 24 aylıq sanksiyaya məruz qalacaq.
Qeyd edək ki, AMADA daha öncə 65 idmançımıza cəza tətbiq edib. Həmçinin ağır atletika üzrə 1 həkim də diskvalifikasiyaya məruz qalıb.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0