Azərbaycan yığmasının daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, boks millimizin üzvü Cavid Çələbiyev yarışa start verib.
63 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/16 final mərhələsində qüvvəsini sınayıb.
25 iyul
1/16 final
63 kq
Cavid ilk döyüşündə Ukrayna boksçususu Yaroslov Hartsizlə görüşüb. Qarşılaşmanın ilk saniyələrindən fəallıq nümayiş etdirən dünya çempionumuz inamlı qələbə qazanıb - 5:0 (29:28, 30:27, 30:27, 30:27, 29:28)
O, 1/8 finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.
Qeyd edək ki, bunadək boks yığmamızın üç üzvü rinqə çıxıb. Məhəmməd Abdullayev (+91 kq) 1/16 final səddini adlayıbsa, Tayfur Əliyevlə (57 kq) Lorenzo Sotomayor (69 kq) mübarizəni dayandırıb.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək