"Məyusuq, bəzi futbolçularım göz yaşları tökürlər".
Apasport.az saytının məlumatına görə, bunu Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi AVRO-2020-nin 1/4 final mərhələsində Danimarka ilə keçirilən oyundan sonrakı mətbuat konfransında deyib.
Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada 1:2 hesabı ilə məğlub olan çexiyalılar mübarizəni dayandırıb.
60 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Məğlub olsaq da, çox qürurluyam. Azarkeşlər oyunumuzdan razı qalmalıdır. Çünki sona qədər mübarizə apardıq. Sona yaxın futbolçularımız çox yorğun idi. Buna rəğmən uşaqlarla qürur duyuram. Bilirdik ki, intizamlı oynamalı idik. Yarımfinala yüksəlmək istəyirdik. Ancaq rəqibin ilk qolu çıxımıza mənfi təsir etdi. Bu da nəticədə öz əksini tapdı".
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar