Cüdoçularımızdan 2 medal - Orenburqda
09.08.2021 - 13:02
Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışı keçirilib.
Apasport.az saytının məlumatına görə, beynəlxalq yarışda Rusiya, Belarus, Qazaxıstan, Xorvatiya, Moldova, Tacikistan, Sloveniya, Qırğızıstan, Finlandiya, Niderland, Estoniya, İtaliya, Lüksemburq təmsilçiləri ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparıblar.
Ümumilikdə qitə kuboku uğrunda 14 ölkədən 198 cüdoqi ustası qüvvəsini sınayıb. Azərbaycan cüdoçuları beynəlxalq turnirdə iki medal qazanıblar. Nurlan Osmanov (73 kq) gümüş, İmran Yusifov (+100 kq) bürünc medala sahib olub.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
0
0