AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib.
Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müəyyənləşib.
Bu görüş Bakı Olimpiya Stadionunda keçirilib. Qrup mərhələsində üç qarşılaşmaya ev sahibliyi edən arenada turnir çərçivəsində son matç baş tutub.
Qarşılaşma erkən qolla başlayıb. Tomas Delayni artıq 5-ci dəqiqədə danimarkalıları hesabda önə çıxarıb.
Fasilə ərəfəsində fərq iki topa çatıb. Bu dəfə Kasper Dolberq fərqlənib.
İkinci hissəyə çexiyalılar daha fəal başlayıb. Fasilədən az sonra Patrik Şik çempionatdakı 5-ci qolu ilə azarkeşlərini ümidləndirib. Lakin çexiyalılar matçı xilas edə bilməyərək turnirlə vidalaşıb. Yarışa iki məğlubiyyətlə başlayan Danimarka isə yarımfinala yüksəlib.
Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün keçiriləcək İngiltərə - Ukrayna matçı ilə yekun vurulacaq.
AVRO-2020
1/4 final
3 iyul
20:00. Çexiya – Danimarka - 1:2
Qollar: Patrik Şik, 49 - Tomas Delayni, 5, Kasper Dolberq, 42
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı Olimpiya Stadionu
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək