AVRO-2020-nin I turunun Danimarka – Finlandiya matçı ilə bağlı qərar verilib.
Apasport.az saytının məlumatına görə, bunu Danimarka Futbol Federasiyası açıqlayıb.
Bildirilib ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilmə vaxtını müəyyənləşdirib.
Görüş bu gün 22:30-da davam etdiriləcək. Oyunun baş tutmayan hissəsi zamanı 15 dəqiqəlik ənənəvi fasilə olmayacaq. İlk yarının son dəqiqələri oynanıldıqdan sonra komandalar soyunub geyinmə otağına yollanmadan qapıları dəyişib qısa fasilə ilə ikinci yarını oynayacaq.
Qeyd edək ki, qarşılaşma birinci hissənin sonlarında Kristian Eriksenin ürəyindəki problem səbəbindən huşunu itirməsi səbəbindən dayandırılıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək