Danimarka millisinin AVRO-2020-nin 1/4 final mərhələsində Çexiya ilə oyun üçün Bakıya gələcək azarkeşlərinin sayı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Danimarka Futbol İttifaqı (DBU) Bakı Olimpiya Stadionundakı qarşılaşmaya 800 fanatın yollanacağını açıqlayıb.
Bu barədə fikir bildirən DBU-nun koordinatoru Anders Hagen sayın artmasını istisna etməyib. O, görüşə marağın böyük olduğunu söyləyib. Oyuna bilet satışı isə iyunun 28-dən başlayıb.
Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da start götürəcək. UEFA hər iki komandanın azarkeşlərinə 2500 bilet satılacağını açıqlayıb.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək