Danışılmış oyunlara görə saxlanıldı – “Rolan Qarros”da
04.06.2021 - 13:14
Tennis üzrə “Böyük dəbilqə” seriyasından olan Fransa açıq çempionatında növbəti qalmaqal yaşanıb.
Apasport.az saytının məlumatına görə, rusiyalı tennisçi Yana Sizikova saxlanılıb.
Bu, onun cütlərin yarışında Yekaterina Aleksandrova ilə birlikdə məğlub olduğu görüşdən sonra baş verib. İdmançının saxlanılması danışılmış oyunlarla bağlı araşdırma ilə bağlıdır.
Sizikova hələ ötən il “Rolan Qarros”da cütlərin yarışı zamanı danışılmış oyunda ittiham edilirdi. Məhz həmin zaman Paris prokurorluğu istintaqa başlayıb.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
0
0