İyulun 19-dan 25-dək Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı keçiriləcək.
Apasport.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, mundialın ilk 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.
Məsul yarışda ölkəmizi təmsil edəcək millimiz bu gün Budapeştə yollanıb. Heyətdə böyük məşqçi Əsgərxan Novruzovun, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Yusif İsparov (45 kq), Hacı Kərimov (48 kq), Elman Məmmədov (51 kq), Cavid Cavadov (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ağanəzər Novruzov (65 kq), İlkin Ağayev (71 kq), Səttərxan Allahverdili (80 kq), Yusif Dursunov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıb.
Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar