AVRO-2020-nin ən zəif futbolçularının adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Britaniya mətbuatı qitə birinciliyini fiasko ilə tamamlayan oyunçulardan ibarət rəmzi “11-lik” müəyyənləşdirib.
4-4-2 sxeminə uyğun yığılan simvolik komandada ən çox futbolçu ilə Portuqaliya və Türkiyə yığmaları təmsil olunub. Hər iki millinin 2 üzvü uğursuzlar sırasına düşüb.
Qapıçı: Manuel Noyer (Almaniya);
Müdafiəçilər: Mario Fernandes (Rusiya), Mattiys de Liqt (Niderland), Villi Orban (Macarıstan), Rafael Gerreyro (Portuqaliya);
Yarımmüdafiəçilər: Aaron Remsi (Uels), Bruno Fernandeş (Portuqaliya), Cengiz Ünder (Türkiyə), Eden Azar (Belçika);
Hücumçular: Kilian Mbappe (Fransa), Burak Yılmaz (Türkiyə).
Qeyd edək ki, AVRO-2020-yə sabah İtaliya ilə İngiltərə arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək