Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı gimnast fərdi çoxnövçülükdə təsnifat mərhələsini adlaya bilməyib.
O, topla hərəkətdə hakimlərdən 23,400 xalla 16-cı olub. Ağamirovanın 17-ci olduğu halqa ilə çıxışı isə 23,000 xalla qiymətləndirilib.
İdmançımızın lentlə hərəkəti 19,900-ə (15) layiq görülüb. Çıxışını gürzlərlə bitirən gimnastımız 21,500 (21) xal alıb.
Beləliklə, təmsilçimiz 4 hərəkətin yekuna əsasən 87,800 xal yığıb. O, çıxışını 18-ci yerdə başa vurub və Zöhrənin finala yüksəlmək şansını itirib.
Qeyd edək ki, ümumi siyahıda ilk 10 pillədə qərarlaşan gimnastlar sabahkı finala yüksəlib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb