Güləş tariximizdə yeni səhifə və ya Avropada rekordlar
04.04.2022 - 14:18
Güləş tariximizdə yeni səhifə və ya Avropada rekordlar

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb.

Apasport.az saytının məlumatına görə, qitənin ən güclü pəhləvanları 7 gün ərzində ən yaxşıları müəyyənləşdirib.

Düzdür, Ukraynada baş verənlər üzündən dünya güləşinin lideri Rusiya, həmçinin Belarus yığmaları Budapeştdəki yarışa buraxılmayıb. Bu amil çempionata qatılan 37 ölkənin 385 güləşçisi üçün medal şansını artırıb. Favoritin yoxluğundan ən çox yararlanmağı bacaranlardan biri Azərbaycan yığması olub.

Güləşçilərimiz Macarıstanda 16 mükafat əldə ediblər. Pəhləvanlarımız 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Azərbaycan yığması bu göstərici ilə turnirdə 2-ci yeri tutub. Komandamız yalnız Türkiyədən geri qalıb.

Qardaş ölkə güləşçiləri Budapeştdə 1-ci olublar. Həm ümumi medal sayında, həm də əyarlarına görə “ay-ulduzlular” və Azərbaycanla yanaşı, Gürcüstan da “üçlük”də qərarlaşıb.

Ümumilikdə isə 30 dəst medala 23 ölkə güləşçiləri sahib çıxıb. Bu ölkələrdən 16-sının himni də səslənib.

1

Türkiyə

7

3

7

17

2

Azərbaycan

3

6

7

16

3

Gürcüstan

2

4

5

11

4

Bolqarıstan

2

4

4

10

5

Macarıstan

2

2

5

9

6-7

Ermənistan

2

1

4

7

Ukrayna

2

1

4

7

8

Moldova

2

0

3

5

9-10

Almaniya

1

1

2

4

Rumıniya

1

1

2

4

11

Yunanıstan

1

1

0

2

12

Slovakiya

1

0

1

2

13-16

Danimarka

1

0

0

1

Şimali Makedoniya

1

0

0

1

San Marino

1

0

0

1

İsveç

1

0

0

1

17

İtaliya

0

2

1

3

18

Polşa

0

1

8

9

19-20

Finlandiya

0

1

1

2

Fransa

0

1

1

2

21

Estoniya

0

1

0

1

22-23

Albaniya

0

0

1

1

Avstriya

0

0

1

1

Serbiya

0

0

1

1

 

Cəmi

30

30

58

118

Budapeştdəki yarış ənənəvi olaraq sərbəst güləşçilərin mübarizəsi ilə başlayıb. Azərbaycan millisi qitə birinciliyində tarixi uğura imza atıb. 

Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Çempionluq sevincini yalnız legionerimiz - Maqomedxan Maqomedov (97 kq) yaşayıb. 

Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıb. Nəticədə 159 xal toplayan millimiz komanda hesabında Avropa çempionatının qalibi adına yiyələnib. Maqomedxan 25, Əliabbas, Hacı, Əşrəf və Abubakr 20, Turan və Osman 15 xalı komandamızın hesabına yazıb. Medalsız qalanlardan Zirəddin Bayramov yığmamıza 10, Aydın Əhmədov 8, İslam Bazarqanov isə 6 xal qazandırıb.

Yığmamız 2-ci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb. Sərbəst güləş üzrə yığmamız tarixində 3-cü dəfə Avropanın ən güclü komandası ünvanına sahib çıxıb. Bunadək millimiz 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə, 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində birinci yeri tutub.

Sevindirici məqam isə uğurlarının davamının gələcəyinə ümidlərin böyük olmasıdır. Çünki sərbəst güləşçilərimiz son 1 ayda ikinci dəfə uğur əldə edib. Martın 7-13-də Bolqarıstanın Plovdiv şəhərində baş tutan U-23 Avropa çempionatında da müvafiq millimiz komanda hesabında 1-ci yeri tutub. Bu da əsas yığmanın davamçılarının olması anlamına gəlir.

yer

ölkə

xal

1.

Azərbaycan

159

2.

Türkiyə

141

3.

Gürcüstan

133

4.

Ermənistan

88

5.

Polşa

84

6.

Macarıstan

82

7.

Bolqarıstan

70

8.

Şimali Makedoniya

47

9.

Slovakiya

44

10.

Moldova

43

Sərbəst üsulla güləşən kişi pəhləvanlardan fərqli, xanımlar uğurun davamını gətirə bilməyib. Azərbaycanda qadın güləşinin simvoluna çevrilən Mariya Stadnikin yoxluğunda yığmanın digər üzvləri Budapeştdə himnimizi səsləndirə bilməyib.

Çempionata 3 idmançı ilə qatılan komandamızın yeganə təsəllisi Elis Manolova olub. O da yarışı gümüş medalla başa vurub. 65 kq çəki dərəcəsində çıxış edən milliləşən idmançı finalda ukraynalı Tatyana Rijkoya uduzub. 

Bu gümüş medal Manolovanın qitə birinciliyində qazandığı 4-cü mükafat olub. 4 dəfə finalda xalçaya çıxan güləşçimiz 1 qızıl və 3 gümüş əldə edib.

Manolova bu uğuru ilə komandamızın hesabına 20 xal gətirib. Medalsız qalan Türkan Nəsirova (50 kq) 10 xal, Alyona Kolesnik (59 kq) 12 xal toplayıb. Millimiz Avropada 11-ci yeri tutub. 42 xalı olan yığmamızı “onluq”dan iki xal ayırıb.

1-ci yeri isə Türkiyə tutub. Ukraynanın ikinci olduğu yarışda “üçlüy”ü Bolqarıstan qapayıb. 

yer

ölkə

xal

1.

Türkiyə

140

2.

Ukrayna

135

3.

Bolqarıstan

110

4.

Almaniya

101

5.

Polşa

96

6.

Rumıniya

89

7.

Moldova

86

8.

Macarıstan

62

9.

İtaliya

49

10.

İsveç

43

Yunan-Roma güləşi üzrə millimiz də qitə birinciliyində tarixi uğura imza atıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 10 güləşçiylə yarışda təmsil olunan komandamızın 8 üzvü fəxri kürsüyə qalxıb. 

Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qitə çempionu adına yiyələnib. Finalda uduzan Taleh Məmmədov (63 kq) gümüş qazanıbsa, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medalla kifayətlənib. 

Komanda hesabına çempionlar 25, finalda uduzan idmançımız 20, digər mükafatçılar 15 xal qazandırıblar. Beşinci yeri tutan Murat Lokyayevlə (97 kq) Beka Kandelaki (130 kq) isə 10 xalı millimizin xal ehtiyatına əlavə edib.

Yekunda 165 xal toplayan “klassiklər”imiz tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekordlar da qeydə alınıb. Komandamız həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə ən yüksək göstəriciyə nail olub.

Millimizin iki güləşçisi də tarixi nəticə ilə fərqlənib. Eldəniz Əzizli Macarıstanda Avropa çempionu olmaqla Azərbaycan yunan-Roma güləşi tarixində rekorda imza atıb. 55 kq-da çıxış edən pəhləvan yunan-Roma güləşi üzrə Avropa çempionatlarında böyüklər arasında ən çox medal əldə edən idmançımız olub. Onun hesabında 6 belə medalı var. 

Eldəniz 2018-ci ildə Kaspiyskdə və 2022-ci ildə Budapeştdə çempionluğa yiyələnib. O, 2011-ci ildə Dortmundda, 2019-cu ildə Buxarestdə, 2020-ci ildə Romada və 2021-ci ildə Varşavada fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Onun yığmadakı komanda yoldaşı Rafiq Hüseynov da adını tarixə yazdırıb. 82 kq çəki dərəcəsində mübarizə aparan pəhləvan güləşin bu növündə üçqat Avropa çempionu olan ilk Azərbaycan təmsilçisidir.

Rafiq 11 il öncə Dortmundda qazandığı ilk tituluna 2020-ci ildə Romada birini də əlavə edib. Budapeştdə isə Rafiq üçüncü çempionluğunu bayram edə bilib. O, həm də 2018-ci ildə Kaspiyskdə 3-cü olub. 

yer

ölkə

xal

1.

Azərbaycan

165

2.

Türkiyə

150

3.

Gürcüstan

114

4.

Macarıstan

97

5.

Ermənistan

88

6.

Bolqarıstan

84

7.

Ukrayna

52

8.

Rumıniya

40

9.

Finlandiya

37

10.

Serbiya

37

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur

0