Avqustun 1-də Olimpiadada güləş yarışlarına start veriləcək.
Apasport.az Azərbaycan Güləş Federasiyasına istinadla məlumat verir ki, iyunun 28-dən Tokiodakı Atletlər Kəndində məskunlaşan hər 3 güləş növü üzrə millilərimiz həmin məkanda güləş üçün ayrılmış zalda məşqlərə başlayıb.
Bu gün yerli vaxtla saat 11:00-da Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 7 güləşçi məşqçilərin nəzarəti altında hazırlıq prosesinə start verib.
Qeyd edək ki, güləşçilərimiz mübarizəyə avqustun 2-də start verəcək. Həmin gün Rafiq Hüseynov (77 kq) və Elis Manalova (68 kq) xalça üzərinə çıxacaq. Ertəsi gün İslam Abbasov (87 kq), avqustun 5-də Turan Bayramov (74 kq), ayın 6-da isə Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq. Olimpiada "İdman" TV vasitəsilə canlı yayımlanır.
- III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri bəlli olub
- Azərbaycan və Rusiya milliləri Bakıda birgə toplanış keçir
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il tarixi açıqlanıb
- MOK-da Belarus Olimpiya Komitəsinin prezidenti ilə ikitərəfli tərəfdaşlıq müzakirə olunub
- Azərbaycan Qran-prisi rekordlarla yadda qalıb - FOTO