MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov Portuqaliya milli komandasının və İtaliya “Yuventus”unun futbolçusu Kriştianu Ronaldonun yeniyetmə uşaqla top oynamasına münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, o, dünya futbolunun ulduzunun ayaqları olmadan dünyaya gələn 11 yaşlı Ali Turqanbekovla görüşməsinə biganə qala bilməyib.
H.Nurməhəmmədov öz instaqram səhifəsində K.Ronaldo ilə uşağın oynamasının videosunu paylaşıb. Rusiyalı paylaşımda portuqaliyalını təcəssüm edən fikirlərini yazıb: “Bax, nəyə görə sən dünyanın ən yaxşısısan. Çox sağ ol, Kriştianu. Sən qardaşım Alini xoşbəxt etdin”.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb