Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, Yaponiya paytaxtına cəmi iki “klassik”lə yollanan millimizin qazancı bir bürünc medal olub.
İslam Abbasovun uğursuz çıxış etdiyi Olimpiadada Rafiq Hüseynov üçüncülüklə kifayətlənib. Bununla da “klassiklər” həm ənənəyə, həm də həsrətə davam edir.
Yunan-Roma güləşçilərimiz 2004-cü ildən sonra Olimpiya çempionluğu qazana bilmir. Yeganə çempionluq 17 il öncə Fərid Mansurovla qazanılıb. Həsrətin bitməsi üçün ən azı daha 3 il – Paris-2024-ü gözləmək lazımdır.
Digər tərəfdən Fəridlə başlayan ənənə də davam edir. 2004-cü ildən başlayaraq hər Olimpiadada “klassik”lər ən azı bir medal qazanır. Düzdür, medalların sayı və əyarına baxsaq, get-gedə geriləmə sezilir. Amma istənilən halda ardıcıl 5-ci dəfə yunan-Roma güləşçiləri medalsız qalmır.
|
turnir |
Q |
G |
B |
|
Afina-2004 |
1 |
- |
- |
|
Pekin-2008 |
- |
1 |
- |
|
London-2012 |
- |
1 |
1 |
|
Rio-2016 |
- |
- |
2 |
|
Tokio-2020 |
- |
- |
1 |
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb