Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) AVRO-2020-nin ən yaxşılarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qurum dünya ölkələrindəki nümayəndələri arasında səsvermə ilə ən yaxşı futbolçu, baş məşqçi, qapıçı, pleymeyker, hakim və rəmzi komandanı müəyyənləşdirib.
53 ildən sonra Avropa çempionu olan İtaliya yığmasının üzvləri burada da üstünlük qazanıb. Ən yaxşı futbolçu, baş məşqçi, qapıçı, pleymeykerin yer aldığı bu milli rəmzi komandada 6 futbolçu ilə təmsil olunub.
Ən yaxşı futbolçu: Leonardo Bonuççi (İtaliya)
Ən yaxşı baş məşqçi: Roberto Mançini (İtaliya)
Ən yaxşı qapıçı: Canluici Donnarumma (İtaliya)
Ən yaxşı pleymeyker: Jorjinyo (İtaliya)
Ən yaxşı hakim: Byorn Kuypers (Niderland)
Rəmzi komanda
Qapıçı: Canluici Donnarumma (İtaliya);
Müdafiəçilər: Harri Maquayr (İngiltərə), Leonardo Bonuççi, Corco Kyellini;
Yarımmüdafiəçilər: Jorjinyo, Leonardo Spinazzola (hamısı İtaliya), Pedri (İspaniya), Pyer Emil Hoybyerq (Danimarka);
Hücumçular: Federiko Kyeza (İtaliya), Harri Keyn, Rahim Sterlinq (hər ikisi İngiltərə).
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar