İdmançılarımız olimpiya növlərində 90 qızıl qazanıb
27.12.2019 - 14:37
Azərbaycan idmançılarının 2019-cu ildəki qazandığı medalların əyarları və olimpiya növlərindəki sayı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz beynəlxalq arenada 775 medal əldə edib.
Bunun 271-i qızıl, 238-i gümüş, 266-sı bürüncdür.
Olimpiya idman növlərində 327 mükafat əldə olunub. İdmançılarımız 90 qızıl, 96 gümüş və 141 bürünc medala yiyələniblər.
Qeyri-olimpiya növlərindəki 448 medaldan 181-i qızıl, 142-si gümüş, 125-i bürünc əyarlıdır.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0