Pekin-2022 Qış Olimpiya Oyunlarının təşkilatçıları koronavirus pandemiyası ilə bağlı məhdudiyyətləri daha da sərtləşdirəcək.
Apasport.az saytının məlumatına görə, Çin paytaxtındakı yarışın Təşkilat Komitəsi 39 olimpiya obyektinin yenidən layihələndirməsinə qərar verib. Bu addım idmançılar, hakimlər, jurnalistlər və azarkeşlər arasında əlaqənin tamamilə qırılması məqsədilə atılıb.
Jurnalistlər idmançılarla danışarkən aralarında plastik divarlar olacaq. Mikrofonlar isə xüsusi qoruyucu ilə örtüləcək, hər müsahibədən sonra dəyişdiriləcək.
Qeyd edək ki, Pekin Olimpiadası fevralın 4-20-də keçiriləcək.