FİDE-də iki yeni təyinat rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimova qurumda yeni vəzifə alıb.
Həmyerlimiz Yarışlar Komissiyasının katibi təyin edilib. 1992 və 1993-cü illərdə 18 yaşadək qızlar arasında dünya çempionu olan Qədimova 1994-cü ildə qadınlar arasında beynəlxalq qrossmeyster adı alıb.
2008-ci ildə aktiv şahmat karyerasını başa vuran Gəncə şahmat məktəbinin yetirməsi son illərdə FİDE-nin Qadın Şahmatı Komissiyasında katib kimi çalışıb. 46 yaşlı funksioner yeni təyinatla digər komissiyaya keçirilib.
Onunla yanaşı, daha bir təyinat gerçəkləşib. Kristel Yaqer Hafsted Qadın Şahmatı Komissiyasında Qədimovanı əvəzləyib.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək